Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə Tvitterdə yazıb.
O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib:
“Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.
Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.