İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətlə qınayırıq.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
“Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, hökumətinə və xalqına başsağlığı veririk”, – paylaşımda bildirilib.