Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibəti ilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
“Dost Əlcəzair hökumətini və xalqını Milli Günü münasibəti ilə təbrik edirik. Biz Azərbaycan və Əlcəzair arasında əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, – paylaşımda vurğulanıb.