Rəsmi Bakıdan Çilidəki meşə yanğınları ilə bağlı paylaşım

Rəsmi Bakıdan Çilidəki meşə yanğınları ilə bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

“Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində ən azı 122 nəfər ölüb.

Teqlər: