Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə paylaşım edib.
“Bu gün, 30 il əvvəl Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlər qurulub. Bu əlamətdar günlər əlaqədar dost Braziliya xalqına ən xoş diləklərimizi göndərir və ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik!”, – paylaşımda qeyd olunub.