Azərbaycan Belarusla dostluq münasibətlərinin daha da dərinləşməsini səbirsizliklə gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tvitter hesabında paylaşım edib.
“Belarusun Müstəqillik Günü münasibətilə Belarus hökumətini və xalqını ürəkdən təbrik edirik!
Biz dostluq münasibətlərimizin və ikitərəfli əməkdaşlığımızın daha da dərinləşməsini səbirsizliklə gözləyirik.
Müstəqillik gününüz mübarək!”, – XİN-in paylaşımında qeyd olunub.