Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun X hesabında yazılıb.
“Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, – XİN-in təbrikində bildirilib.
Eyni zamanda, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik göndərib:
“Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!”