Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Portuqaliya xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin Tvitter hesabında bildirilib.
“Portuqaliya Günü münasibətilə Portuqaliya hökumətinə və xalqına səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! İkitərəfli əməkdaşlığımızın daha da dərinləşməsini və inkişafını səbirsizliklə gözləyirik! Milli bayramınız mübarək!”, – təbrikdə qeyd olunub.