Türkiyəni və Azərbaycanı, son vaxtlarda isə Ermənistan hökumətini, eyni zamanda regiondakı sülh prosesini hədəf seçən radikal diaspor üzvlərinin nifrət nitqlərinin təxribata çevrilməsi narahatedicidir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ötən gün, sentyabrın 29-da ABŞ-nin Kaliforniya ştatında “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı tədbirdə bir qrup erməni şifahi və fiziki təxribatlar törədib. Polis və təhlükəsizlik əməkdaşları təxribatların genişlənməsinin qarşısını alıb.
Günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı hüquqi addımların atılacaq”, – məlumatda bildirilib.