Rəşadətli ordumuz daha 7 kəndi işğaldan azad etdi

Rəşadətli ordumuz daha 7 kəndi işğaldan azad etdi

Azərbaycan Silahlı Qüvvələri daha bir neçə kəndi Ermənistan işğalından azad edib.

Prezident İlham Əliyev öz “twitter” səhifəsində bu barədə məlumat yayıb:

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”