Rəşad Sadıqov oyundakı davadan danışdı: Qaraya dedim ki…

Rəşad Sadıqov oyundakı davadan danışdı: Qaraya dedim ki…

Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi.

AzerTimes xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Araz-Naxçıvan”la oyununda baş verən dava haqqında danışarkən deyib.

“Şükür ki, böyük insident olmadı, ola da bilməz. İki komanda, rəhbərlik, məşqçilər və futbolçular arasında çox yaxşı münasibət var. Arada nə oldu, bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr ola bilərdi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu”, – R.Sadıqov qeyd edib.

Teqlər: