Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı qonşusunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Hadisəyə səbəb isə Rəşadın narkotiklə bağlı meyxanası olub. Belə ki, o, deyişmədə “bariqa və mal satanlar getsin öz evinə satsın” kimi sərt ifadələr işlədib.
Həmin meyxana da iki şəxs arasında mübahisəyə səbəb olub.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.