Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib.
AzerTimes xəbər verir ki, bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.
O, AHİK-də hər iki vəzifəni də icra edəcək.
Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, “Lider” telekanallarında və İctimai Televiziyada fəaliyyət göstərib.