Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana
işgüzar səfər edib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, nazir səfər
çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi üzrə
görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında
olub.
İcraçılar layihənin gedişi barədə ətraflı məlumat verib, sonra
ərazidə infrastruktur obyektlərinə baxış keçirilib.
Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən
yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu
marşrutla 1 mln. tondan çox yük daşınıb.