Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
vətəndaşların qəbulu ilə əlaqədar Ağstafa rayonuna səfəri
çərçivəsində yüksək sürətli internet xidməti ilə təmin edilən Xətai
və Yenigün kəndlərində olub.
Nazir Xətai kəndində şəhid Xudayət Orucovun ailə üzvləri ilə
görüşüb, onların şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları ilə
yaxından maraqlanıb.
Sonra nazir Yenigün kəndində Əliyevlər ailəsinin qonağı
olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki
ailəyə noutbuk, planşet və digər hədiyyələr təqdim edilib.
Qeyd edək ki, adı çəkilən kəndlərdə yeni abunəçilər – Orucovlar
və Əliyevlər ailəsi daxil olmaqla 320 ev təsərrüfatı artıq müasir
GPON texnologiyası ilə təmin olunub.