Rəşad Məmmədov dünya ikincisi oldu

Rəşad Məmmədov dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.

AzerTimes xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Əhməd Vafa ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.

Teqlər: