Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalacaqmı?

Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalacaqmı?

Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir.

R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq.

Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Mətbuat Şurasının sədri seçilib.

O, 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyulundan AYB sədrinin müavinidir. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

Teqlər: