11:52
Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon Məhkəməsinə gətirilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.
Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.
***
Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi başlayıb.
Proses Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilir.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.