Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) bu gün prokurorluğa gətirilib.
AzerTimes xəbər verir ki, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.
Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra o, istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.