Rəşad Dağlı neçə il həbs oluna bilər?

Rəşad Dağlı neçə il həbs oluna bilər?

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə meyxanaçı Rəşad Dağlını (Əmirov) 9 ildən 14 ilədək həbs cəzası gözləyir.

Bu sözləri AzerTimes-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.

Hüquqşünas meyxanaçının 120.1 yox 122.1-ci maddəsiylə cinayət işi açılmalı olduğuyla bağlı yayılan fikirlərə də aydınlıq gətirib:

“Cinayət işinin 122.1-ci maddə ilə açılması cinayətin həmin anda affekt vəziyyətində törədildiyi halda olur. Bıçaqlanma hadisəsi də dərhal yox, bir neçə saat sonra baş verib. Ani məqamda kimsə kimisə təhqir edirsə və cinayət törədilirsə, bu ayrı məsələdir. Bundan əlavə, R.Dağlı həmin şəxsi özü gedib çağırıb. Ona görə də, 122.1-ci maddənin tərkibi bu cinayətdə görünmür”.

Teqlər: