Rəqəmsallıq inkişaf etdikcə insan əməyinə tələbat azalacaq?

Xəbər - Humay Ağacanova – Trend:

Gün keçdikcə rəqəmsallığa keçidin artması bütün biznes proseslərinə təsir edir. Pandemiya dövründə rəqəmsallığa olan ehtiyac və boşluqlar, bu sahədə ixtisasların yaranmasına olan təlabat daha çox üzə çıxdı.

Bunu Trend-ə açıqlamasında insan resursları üzrə mütəxəssis Könül Paşayeva deyib.

Onun sözlərinə görə, rəqəmsallığın inkişaf etməsi səbəbindən insan kapitalına önəm heç bir zaman azalmayacaq.

“Müəyyən sahələr var ki, orada bəzi proseslər avtomatlaşdırıldığı üçün insanın fiziki əməyinə ehtiyac olmaya bilər. Lakin bu o demək deyil ki, insan əməyinə önəm azalır. Sadəcə olaraq fiziki görülən iş daha çox zehni işə çevrilir. Hər bir sahədə insan resursu biznesin əsas özəyidir. Porseslər avtomalaşdırıldıqdan sonra, texniki dəstək, izlənməsi, təkmilləşdirilməsi ,yaranan boşluqların aradan qaldırılması insan tərəfindən idarə olunur. Ona görə düşünürəm ki, insan resursunu hər hansı bir biznes prosesində yox saya bilmərik. Avtomatlaşdırılma olsa belə insanlar səriştələrinə uyğun olaraq istiqamətləndirilməlidir. Dünya praktikasında da görürüki, rəqəmsallığa keçidii=n artığı bir vaxtda insan kapitalına əvvəlki illərə nisbətən daha çox investisiya qoyulur”, –deyə o bildirib

Mütəxəssis qeyd edib ki, ölkəmiz hal-hazırda qeyri-neft sektoruna keçid dövründədir. Bu dövrdə insan kapitalına önəm daha çox artacaq.

“Ölkədə hal-hazırda yeni ixtisaslaşmış kadrların qeyri-neft sektoru sahəsində olması, hətta xaricdə təhsil almış vətəndaşlarımızın ölkəyə qayıdıb bu proseslərdə iştirakı çox önəmlidir. İnsan kapitalına əslində indi daha çox ehtiyac var. Bu keçid dövründ biz hər hansı bir prosesiləri avtomalaşdırmaq istəyirik. Ən son müasir avandanıqlar, proqramlar alırıq lakin, bunları tətbiq və istifadə etməyə ixtisaslı kadrlar lazımdır. Düşünürəm ki, dövlət strategiyamıza uyğun olaraq, qeyr i- neft sektoruna keçid dövründə bizim ixtisaslaşmış insan kapitalına daha çox ehtiyacımız olacaq”, –deyə o vurğulayıb.

Teqlər: