Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən ən fəal dövlət orqanı seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 01 dekabr 2021-ci il –
04 mart 2022-ci il tarixləri üzrə Onlayn İctimai Nəzarət
Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların
müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Ən fəal dövlət
orqanı” kimi təltif olunub.

Bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sentyabr –
dekabr tarixləri üzrə “Ən fəal dövlət orqanı” seçilmişdi.

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti
Təşkilatlarının (ECSOFT) layihəsi çərçivəsində pilot olaraq icra
edilir. Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra
məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan
məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə
nail olmaqdır.

Teqlər: