Repetitorluqla bağlı qərarın verilməsi Təhsil Nazirliyinin səlahiyyətində deyil – Vəfa Yaqublu

Xəbər - İlhamə İsabalayeva – Trend:

Pandemiya dövründə repetitorluq fəaliyyətinin təşkili ilə bağlı qərarın verilməsi Təhsil Nazirliyinin səlahiyyətində olan bir məsələ deyil.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.


O bildirib ki, repetitorluq bir fəaliyyət sahəsidir. Bununla bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilir.

Teqlər: