Repetitorluqdan qurtulmağın iki yolu var – Millət vəkili

Repetitorluqdan qurtulmağın iki yolu var – Millət vəkili

Repetitorluğun aktuallığını gündəmdən çıxarmaq ən böyük istəyimizdir.

AzerTimes xəbər verir ki, bu sözləri Yenipress.az-a müsahibəsində Milli Məclisin Təhsil və Səhiyyə komitələrinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, burda iki vacib nüans var:

“Birincisi, biz təhsili asan qavranılan və gələcək üçün bütün aktuallığını özündə saxlayan sistem halına gətirməliyik. Yəni təhsil sistemimizdə repetitorluğa ehtiyac olmayacaq səviyyədə proqramları asanlaşdırıb, həm də indiki zaman üçün aktuallaşdırmalıyıq və qanunvericilik bunun üçün tam şərait yaradıb. İkinci, övladlarımızdan aşırı gözləntiləri bir qədər arxa plana keçirməliyik. Bizim ailələrdə şagirdin ali məktəbə qəbul olunması bir tələb halına gəlib, olmazsa-olmazdır. Bu düşüncədən qurtulmalıyıq. Hazırda diqqət yetirsək, bəzən ali təhsilli şəxslərin işlə təmin olunmasının o qədər də asan olmadığının şahidi oluruq, nəinki peşə məktəblərində təhsil alan insanların. Biz həmin peşə təhsil sistemini aktivləşdirməliyik”.

Teqlər: