Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər.
AzerTimes xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə (Hayfa, İsrail) cavab matçı sonrası mətbuat konfransında bildirib.
“Etiraf etmək lazımdırsa, “Makkabi” daha yaxşı çıxış edən tərəf oldu. Güclü rəqibi bir görüşdə məğlub edə bilərsən. Cavab matçında bu çətin alınır. Futbolçularımız layiqli mübarizə apardılar. Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər”, – baş məşqçi qeyd edib.