
Abşeron rayonu Xırdalan şəhərində “Rənc Rover” markalı avtomobilin şüşələrini və arxa işıqlarını sındırıb, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zərərçəkən polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.
Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN