“Renault-Nissan-Mitsubishi” alyansına yeni rəhbər təyin edilir

Avtomobil istehsalçıları “Nissan Motor Co”, “Renault SA” və “Mitsubishi Motors Corp” alyansının baş katibi vəzifəsinə Veronik Sarla-Depot təyin edilib.

AzerTimes-ın məlumatına görə, V.Sarla-Depot hazırda birliyin alış üzrə təşkilatının direktoru vəzifəsini yerinə yetirir.

Bildirilir ki, yeni katib Hadi Zablitin yerinə gələcək. Təyinat 1 aprel tarixindən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, “Renault” səhmləri son məlumatlara görə 0,9% bahalaşıb.