“Renault Group” şirkəti Moskvadakı zavodunun fəaliyyətini
dayandırdığını açıqladı.
AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.
“Direktorlar Şurası bu gün iclas keçirib və bu gündən Moskvadakı “Renault” zavodunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul
edib”, – deyə şirkətin saytında qeyd olunub.
Konsern əlavə edib ki, artıq beynəlxalq sanksiyalara riayət
etmək üçün lazımi tədbirlər görməyə başlayıb.