Xəbər - Ceyhun Ələkbərov – Trend:
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəziyyətində müsbət nəticələr var.
Bunu AzerTimes-a Rəmişin həyat yoldaşı Gülü Hüseynova bildirib. Onun sözlərinə görə, həkimlər xalq artistinin müalicəsinə çox diqqətlə yanaşırlar:
“Həkimlərimizin sayəsində hazırda Rafiq Hüseynov nəfəs ala bilir, vəziyyətində irəliləyiş var”.
Xalq artistinin həkimi Günay İsmayılova isə bildirib ki, intensiv müalicə öz müsbət nəticələrini verib:
“Laborator göstəricilərdə də nisbi yaxşılaşmalar qeydə alınır, diaqnozu isə qaraciyər serrozu, qaraciyər çatışmazlığı və qaraciyər ensefalopatiyası, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və tənəffüs çatışmazlığıdır. Hazırda da müalicə davam etdirilir”.