Aktyor Silvester Stallone “Rokki” və onun davamı olan “Krid: Rokkinin varisi” filminin prodüserini tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Sənətçi boksçu İvan Draqo və oğlu haqqında spin-offun inkişafı ilə bağlı xəbərdən hiddətlənib.
“Daha bir acı xəbər. Yenə pafoslu prodüser və onun eqoist, yararsız uşaqları gözəl bir xarakterdən qalanların sümüklərini yığırlar. Güzgüyə necə baxırsınız? Azarkeşlərdən üzr istəyirəm, heç vaxt Rokkinin acgözlüyün qurbanı olmasını istəməzdim”, – aktyor bildirib.
“Prodüser”dən danışan Silvester Stallone İrvin Vinkleri, eləcə də 2015-ci ildə “Krid” filmində işləyən oğlu Devidi nəzərdə tutub. Bu film Stalloneyə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında Oskar qazandırıb.
Qeyd edək ki, gələn il filmin 9-cu hissəsi – “Krid-3” ekranlara çıxmalıdır. Bu, aktyor heyətində Stallone olmadan ilk film olacaq.