Oktyabrın 14-də öldürülən iranlı rejissor Daryuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin bu gün Tehranda dəfn mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, dəfn mərasimi hakimiyyətə qarşı etiraz aksiyasına çevrilib.
Yerli sosial media fəallarının paylaşdığı məlumat və videolara görə, mərasimə toplaşan çox sayda sənətçi və vətəndaş “Ölüm olsun Xameneiyə”, “Ölüm olsun diktatora” şüarları səsləndiriblər.
Qeyd edək ki, rejissorun qətlində hakimiyyətə bağlı qrupların əli olduğu ehtimal edilir.