Rejim referendumla dəyişdirilə bilməz – Dehqan

Rejim referendumla dəyişdirilə bilməz – Dehqan

Hicab azadlığı və islam sisteminin referendum yolu ilə dəyişdirilməsi qeyri-mümkündür.

AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidentinin hüquq məslələri üzrə müavini Məhəmməd Dehqan “Konstitusiyanın icrasında Milli Məsuliyyət Konfransı”nda çıxışı zamanı deyib.

“İranda hakim sistemin respublika və ya qeyri-islami olması, yaxud İslam Respublikasının referendum yolu ilə dəyişdirilməsi qeyri-mümkündür. Konstitusiya öz maddələri ilə bu dəyişikliklərin yolunu bağlayıb”, – o çıxışında bildirib.

Qeyd edək ki, artıq etirazların 11-ci həftəsidir və İranda referendumun keçirilməsi ilə bağlı fikirlər səsləndirilir.

Teqlər: