Daşnak informasiya zibillikləri İran prezidentinin helikopterinin Azərbaycan tərəfindən vurulması tezisini yaymaqla bir daha özünü ifşa etdi. Bu, bir və ya iki dəfə təkzib edilən başqa bir cəfəngiyatdır, lakin hər saat tonlarla belə cəfəngiyyat yayılır. Sual yaranır: niyə bir saatdan sonra təkzib olunacaq dezinformasiya ilə özünüzü çirkləndirirsiniz? Nəyə nail olmağa çalışırlar?
AzerTimes xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan deyib.
“Sonuncu hadisəni götürsək, belə bir təəssürat yarana bilər ki, onlar Azərbaycanla İran arasında müharibəyə təhrik edirlər. Bu baş versəydi, təbii ki, sevinərdilər, amma buna inanacaq qədər axmaq deyillər. Onlar yaxşı bilir ki, heç kim onlara fikir vermir və əlbəttə ki, böyük regional müharibəni alovlandırmağa qadir deyillər. Bəs onlar nə edirlər? Hər şey elementardır. Onlar erməni informasiya məkanını Azərbaycana qarşı neqativlərlə doldururlar. Burda bir cəfəngiyat, bir tikə boşboğazlıq – bu gün bir parça saxta, sabah bir parça saxta, ayrı-ayrılıqda bu saxtakarlıqlar heç bir məna kəsb etməsə də, birlikdə Azərbaycan ətrafında mənfi informasiya fonu formalaşdırırlar. Klassik təbliğat işidir, düşmənçiliyi belə tanıtdırır, dəstəkləyir: Dünyada bütün pis şeylər Azərbaycandan gəlir. Məqsəd Nikol Paşinyanın sülh gündəminə müdaxilə etməkdir. Xalqı düşmənçiliyə təhrik edib onlara ruhlarının hər bir zərrəsi ilə qorxub nifrət etməyə və Paşinyana öz planlarını həyata keçirməyə imkan verməməyə kökləndirməkdir. Onların qeyri-adekvatlığının bütün sirri budur”, – o bildirib.