Mayın 19-da İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımlar edən 35 sosial media fəalı həbs edilib.
AzerTimes xəbər verir ki, bunu Kiberməkana Nəzarət Polisinin rəisi Vəhid Məcid deyib.
“Bununla yanaşı, İbrahim Rəisi ilə bağlı təhqiramiz material dərc etdiyinə görə 80 sosial media kanalı bağlanıb, onların adminlərinə qarşı cinayət işi açılıb”, – polis rəisi bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Bu gün Tehranda həlak olan şəxslərin vida mərasimi keçiriləcək.