İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasının təfərrüatı məlum olub.
AzerTimes xəbər verir ki, İran mətbuatı qəzaya çətin hava şəraitinin (xüsusən dumanın) səbəb olduğunu yazıb.
Bundan başqa, çətin ərazi şərtləri səbəbindən helikopter radarlardan itib.
Məlumata görə, prezidentin olduğu helikopterin ekipajı peyk telefonu ilə əlaqəyə çıxa bilib və bu da qəzanın qurbansız ötüşdüyünə inamı artırır.