Amerika kəşfiyyatının məlumatına görə, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib.
“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir, lakin iş hələ də tam araşdırılır”, – o bildirib.
O, ABŞ kəşfiyyatının “qaydasız oyun”a dair heç bir sübut tapmadığını söyləyib:
“Vaşinqton vəziyyəti izləməyə davam edəcək”.