İran mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanı başa çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Fars” mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, qəza bədbəxt hadisə nəticəsində baş verib:
“Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayı normadan çox olduğu üçün lazımi yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb”.