Rəisini hər zaman belə xatırlayacam – Ərdoğan

Rəisini hər zaman belə xatırlayacam – Ərdoğan

İrandan kədərli xəbər aldıq. Bu ölkənin Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında ölməsi bizləri kədərləndirdi.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İran xalqına özü və türk milləti adından başsağlığı verib:

“Bütün imkanlarımızla axtarış-xilasetmə işlərinə töhfə verməyə hazır olduğumuzu bildirdik. PUA və helikopterlərimizi qəza baş verən əraziyə yönləndirdik. Axtarış-xilasedici qruplarımız da bölgəyə cəlb edildi”.

Ərdoğan xatırladıb ki, mərhum Rəisini bu ilin yanvar ayında Türkiyədə qonaq ediblər:

“Bizim regionumuza aid məsələlərlə bağlı çox sıx dialoqumuz olub. Onun səylərinin şəxsən şahidi olduq. Buna görə də onu şükran və minnətdarlıq içində xatırlayacam. Türkiyə olaraq hər zaman olduğu kimi dost və qardaş İran xalqının yanında olacağıq”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Teqlər: