Rəisini əvəz edən Müxbir ilk bu liderlə danışdı

Rəisini əvəz edən Müxbir ilk bu liderlə danışdı

Rusiya Prezidenti Vladimir Putin İranın Birinci vitse-prezidenti və prezident səlahiyyətlərini icra edən Məhəmməd Müxbirlə ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət İran prezidentinin bir gün əvvəl helikopter qəzasında həlak olması kontekstində baş verib:

“Rusiya Prezidenti İran Prezidenti İbrahim Rəisinin və ölkənin bir sıra digər dövlət rəsmilərinin təyyarə qəzasında faciəli şəkildə həlak olması ilə əlaqədar İranın ali rəhbəri Əli Xameneiyə, Məhəmməd Mühbirə və bütün İran xalqına dərin hüznlə başsağlığı verib. Vladimir Putin vurğulayıb ki, o, İbrahim Rəisini Rusiya ilə İran arasında dostluq əlaqələrinin inkişafına əvəzsiz şəxsi töhfəsi olan etibarlı tərəfdaş kimi qiymətləndirir”, – məlumatda bildirilib.

Teqlər: