Rəisi Türkiyə səfərini təxirə saldı

Rəisi Türkiyə səfərini təxirə saldı

İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.

AzerTimes xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Səfərin təxirə salınmasına səbəb kimi Kirman şəhərində baş verən terror aktı göstərilir.

Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Teqlər: