Rəisi Türkiyə ilə əlaqələrin səviyyəsindən narazıdır

Rəisi Türkiyə ilə əlaqələrin səviyyəsindən narazıdır

İran Prezidenti İbrahim Rəisi Türkiyə ilə ticari-iqtisadi əlaqələrin hazırkı səviyyəsini qeyri-kafi adlandıraraq, ikitərəfli ticarətin həcminin üç dəfə artaraq ildə 30 milyard dollara çata biləcəyini deyib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Birgə mətbuat konfransında danışan Rəisi Ərdoğanın səfərini iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsində dönüş nöqtəsi adlandırıb.

Onun sözlərinə görə, mətbuat konfransından əvvəl keçirilən danışıqlarda hər iki tərəf iqtisadi və ticarət sahələrində əlaqələri inkişaf etdirmək əzmində olduqlarını təsdiqləyib və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər”, – İran mediası qeyd edib.

Hər iki tərəf iki ölkə arasında investisiyaların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və İran qazının Türkiyəyə ixracına dair 25 illik müqaviləni uzatmaq niyyətlərini açıqlayıb.

Teqlər: