Pakistanın baş naziri İran Prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar ölkəsində bir günlük matəm elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.