İyulun 24-də İran Prezidenti İbrahim Rəisi Tehranda xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
AzerTimes xəbər verir ki, rəsmi açıqlamada iki dost qonşu ölkə arasında qarşılıqlı hörmətə və iki xalqın min illik qardaşlığına əsaslanan yüksək səviyyəli siyasi dialoqun formalaşması məmnunluqla qeyd olunub.
Görüş zamanı Ermənistan-İran çoxşaxəli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Mirzoyan İran prezidentinə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindəki son hadisələri haqda məlumat verib, həmçinin Ermənistan tərəfinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ilə bağlı baxışını bölüşüb. Problemlərin güc tətbiqi və ya təhdid, maksimalizm və düşmənçilik ritorikası yolu ilə həllini istisna etməyin zəruriliyi vurğulanıb.