İran Prezidenti İbrahim Rəisi terror aktları törədilən Kirman şəhərinə səfər edib.
AzerTimes xəbər verir ki, məlumatı İran mediası yayıb.
Bildirilib ki, İ.Rəisi şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb. Partlayışları terrorçu-kamikadzelər törədib.