Rəisi “İslami-Cihad”ın lideri ilə hücumu müzakirə etdi

Rəisi “İslami-Cihad”ın lideri ilə hücumu müzakirə etdi

İran Prezidenti İbrahim Rəisi “İslami-Cihad” Hərəkatının baş katibi Ziad ən-Nəxali ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, telefon danışığı hazırda davam edən “Əqsa tufanı” əməliyyatı fonunda baş tutub.

Rəisi “İslami-Cihad” lideri ilə Fələstin-İsrail münaqişəsini müzakirə edib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.

Teqlər: