İran Prezidenti İbrahim Rəisinin iki günlük Pakistana səfəri planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə “Kavkaz bürösu” məlumat yayılıb.
Məlumata görə, Pakistan XİN-i də aprelin 22-nə səfəri təsdiqləyib:
“Rəisi ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında danışıqların əsas mövzusu Yaxın Şərqdə baş verən hadisələr, eləcə də ikitərəfli münasibətlər olacaq”.
Qeyd edək ki, yanvar ayında İran və Pakistan bir-birinin ərazisinə raket zərbələri endirmişdi.