İran Prezidenti İbrahim Rəisi bu gün mətbuat konfransında jurnalistlərin bir sıra suallarını cavablandırıb.
AzerTimes xəbər verir ki, o, konfransda ölkənin iqtisadi inkişaf yolunda olduğunu iddia edib.
Rəisinin sözlərinə görə, İran iqtisadiyyatı tərəqqi və təkmilləşmə dövründədir. Bunun sübutu kimi o, bir sıra ölkələrlə xarici ticarətin artması və ölkədə işsizlik səviyyəsinin azalmasını göstərib.
İran prezidenti, habelə, iddia edib ki, Şanxay Əməkdaşlıq Təşkilatına və BRİKS-ə qoşulmaqla digər ölkələrin İslam Respublikasını təcrid etmə planları iflasa uğrayıb.
Qeyd edək ki, bir sıra ekspertlər İranda inflyasiyanın yüksəlməsinə görə dəfələrlə narahatlıqlarını ifadə ediblər.