Hökumət olaraq müxalif və etirazçıların səslərini eşitmək istəyirik.
AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi çıxışı zamanı deyib.
O, etiraz, ixtişaş və xaos arasında fərq olduğunu vurğulayıb:
“Xaos həm dialoqa həm də inkişafa mane olur”.
Qeyd edək ki, bəzi mənbələr hökumətin etirazları yatırmaq üçün Haşimi Rəfsəncani və Ruhullah Xomeyninin ailəsindən istifadə etmək istədiyini bildirir.