Rəisi də Papikyanla görüşdü: regional təhlükəsizlik…

Rəisi də Papikyanla görüşdü: regional təhlükəsizlik…

İranda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan İran Prezidenti İbrahim Rəisi ilə də görüşüb.

AzerTimes xəbər verir ki, Papikyan özünün sosial şəbəkə hesabında yazıb.

“Görüş zamanı Ermənistan və İran arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Biz regional təhlükəsizlik məsələlərinə yanaşmalarımızı da bir-birimizə təqdim etdik”, – o qeyd edib.

Qeyd edək ki, Papikyan İranda müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşmüşdü.

Teqlər: