Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, cənazələrin daha sonra Tehran şəhərinə gətiriləcəyi güman edilir. Bildirilib ki, paytaxtda da dövlətin rəsmiləri və İran xalqı Rəisi ilə vidalaşacaq.
İddia olunub ki, daha sonra prezidentin nəşi doğulduğu Məşhəd şəhərinə gətirilərək torpağa tapşırılacaq.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.